Rusiyanın Leninqrad vilayətinin Toksovo şəhərində baş verən sensasiyalı hadisə ölkədə böyük maraq yaradıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı qadın müəllim Anna Plaksyuk 11 yaşlı şagirdini dərsdən sonra sinif otağına qapadıb və orada onu cinsi əlaqəyə məcbur edib.

İddiaya görə, sonradan tez-tez bu halı təkrarlayan müəllimənin şagirdinə yazdığı mesajlar və göndərdiyi çılpaq fotoları təsadüfən uşağın anasının əlinə keçirib.

Azyaşlının anasının şikayəti üzrə qadın müəllimə saxlanılıb.

Hadisə ilə bağlı açıqlama verən vəkil İlya Rusev deyib: "Bizim ölkədə, bir qayda olaraq, uşaqlara qarşı törədilən cinayətlər çox ağır cəzalarla cəzalandırılır, ona görə də o, çox güman ki, sərt, lakin ədalətli cəza alacaq. Bu yaşda olan uşaq nəinki tam yetkin deyil, həm də gördüyü işlərdən tam xəbərdardır. Axı belə hərəkətlər uşaqlarda psixoloji sarsıntı yarada bilər. Qanunda 16 yaşı tamam olmamışlara bunu qadağan edir. Əgər Annanın əməllıəri məhkəmədə sübut olunarsa, onu 20 il cəza gözləyir".

Firudin Səfərli

MİA.AZ