Bu gün İstanbul şəhərində yerləşən Çağlayan Ədliyyəsinin (Məhkəməsi) C qapısı qarşısındakı keçid məntəqəsinə hücum edilib. 

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, naməlum səbəblərdən ətrafdakı insanları güllləbaran edənlərdən 1-i qadın və 1-i kişi olmaqla 2 nəfər öldürülüb.

Bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib: "Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C Qapısı qarşısındakı nəzarət məntəqəsinə hücum edilib. 1-i qadın, 1-i kişi olmaqla 2 təcavüzkar öldürülüb. 3-ü polis, 3-ü mülki vətəndaş olmaqla 6 nəfər isə yaralanıb".

Nazir bildirib ki, zərərsizləşdirilən E.Y. və P.B adlı xainlər DHKP/C terror təşkilatı üzvləri olublar.

Lamiyə Əhmədli

MİA.AZ