İsrail ordusu Qəzzada tunellərə dəniz suyu vurur.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri İsrail ordusu təsdiqləyib.
Ordudan bildirilib ki, HƏMAS yaraqlılarının gizləndiyi tunellər Aralıq dənizindən borular vasitəsi ilə su doldurulur: "Bu proses ciddi mühəndislik işləri çərçivəsində aparılır. Axın ərazisindəki torpaq və su yolları analiz edilib...".
Tahir Şəlvəli
MİA.AZ