"ABŞ hərbi bazasına hücumda 40-dan çox yaralı var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.
Pentqanondan verilən son məlumatga görə, İordaniya-Suriya sərhədində yerləşən bazaya PUA ilə hücum nəticəsində 3 hərbçi həlak olub, yaralı sayı isə 34 deyil, 40-dan çox olub.
Nazirlik hücumda "Hizbullah” təşkilatının izlərinin olduğunu və bu təşkilatı İranın maliyyələşdirdiyi qeyd olunub.
Samir Musayev
MİA.AZ