Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.
Mia.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım olunub.
E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.
E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin bərpa olunan enerji və enerji səmərəliliyi məsələlərinə cavabdeh müavinidir.
***
Deputat Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin olunub.
Mia.az xəbər verir ki, bu barədə COP29-un X hesabında məlumat verilib.
Qeyd edək ki, N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentə seçilib.