Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, bu dəfə Füzuli şəhərinə 27 ailədən ibarət 115 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuliyə 1969 nəfər köçürülüb.

***

Bakı şəhərinin Qaradağ rayonundan yola salan daha 27 ailə Füzuli şəhərinə çatıb.

Mia.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.