Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vahdettin Köşkündə mətbuata qapalı keçirilən ziyafətdə xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiyalar direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Lamiyə Əhmədli
MİA.AZ