Türkiyənin Kastamon şəhərinin Taşköprü rayonunda sərnişin avtobusu ağır qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtobus bəlli olmayan səbəbdən yol kənarındakı əkin sahəsinə "uçub".

Məlumata görə, ağır qəza nəticəsində 6 sərnişin ölüb, 33 nəfər yaralanıb.

Hadisənin təfərrüatı araşdırılır.

Firudin Səfərli

MİA.AZ