İsveç Macarıstanın baş nazirinin görüş təklifini qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson açıqlma verib.

O, Macarıstanın paytaxtı Budapeştdə ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı həmkarı Viktor Orbanla uyğun vaxtda görüşməyə hazır olduğunu bəyan edib.

İsveç baş naziri onu Budapeştə dəvət etdiyi üçün Orbana təşəkkür edib: "Sizinlə uyğun vaxtda Macarıstanın paytaxtı Budapeştdə görüşməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitində də görüşmək imkanımız olacaq. İsveçin Macarıstan Parlamentində NATO-ya üzv olması ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcək".

Xatrladaq ki, İsceçin Baş naziri bundna əvvəl Macarıstanın baş naziri Viktor Orbanın görüş təklifinə "Buna ehtiyac yoxdur" cavabı vermişdi.

Tahir Şəlvəli

MİA.AZ