Türkiyədə yenə güclü zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, bu gün Bakı vaxtilə saat 17.04-də Malatyada 5,2 bal gücündə zəlzələ baş verib.
Episentri Battalgazi olan 5,2 bal gücündə zəlzələ 13,93 kilometr dərinlikdə baş verib.
Zəlzələ Kahramanmaraş, Adıyaman, Qaziantep və Mardində hiss olunub.
Lamiyə
MİA.AZ