İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunisdə fələstinlilərin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) sığınacaq mərkəzini yenə vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) direktoru Tomas Uayt açıqlama verib.
O bildirib ki, Xan Yunisdə mülki ərazilərə qarşı hücumlar qətiyyən qəbuledilməzdir və dərhal dayandırılmalıdır: "İsrailin sığınacaq mərkəzimizi bombalaması nəticəsində 12 nəfər həlak olub, yaralılarımız var. Onlardan 15-nin vəziyyəti ağırdır".
Tahir Şəlvəli
MİA.AZ