İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisində təsdiqləndikdən sonra ABŞ Dövlət Departamentindın "TRT Haber" telekanalına açıqlama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, departamentdən verilən açıqlamada qərarın müsbət qarşılandığını bildirilib: "Türkiyə Böyük Millət Məclisinin İsveçlə bağlı qərarını, əlbəttə, alqışlayırıq".
ABŞ Dövlət Departamentinin rəsmiləri F-16-ların Türkiyəyə satışı barədə suala cavabda deyiblər: “Prezident Co Bayden uzun müddətdir Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu ABŞ, Türkiyə və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına cavab verir. Əlbəttə, Türkiyəyə təyyarələrin satışında Konqres problem yaradıb. Konqres üzvləriin çoxu F-16-ların Türkiyəyə satışını dəstəkləmələri üçün İsveçin NATO-ya üzv olmaq üçün müraciətini təsdiqləməsinin vacib olduğunu açıq şəkildə bəyan ediblər. İnanırıq ki, Türkiyənin son qərraından sonra onlar fikirlərini dəyişərək, satışa mane olmayacaqlar".
Lamiyə Əhmədli
MİA.AZ