"Pakistanın səhərə yaxın sərhədyanı bölgəyə hücumu nəticəsində mülki şəxslər ölüb".
Mia.az xaric mətbuata istinadla xəbər verir ki, bunu İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Merhameti bildirib.
Onun sözlərinə görə, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket zrəbələri endirib: “Nəticədə iranlı olmayan 3 qadın və 4 uşaq həyatını itirib”.
Merhameti vilayətin Seravan şəhərindəki partlayışda isə öləın və yaralanan olmadığını deyib.
Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyi İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı raketlərlə zərbələr endirildiyini təsdiqləyib: "Kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat zamanı çoxlu sayda terrorçunun öldürülüb".
Firudin Səfərli
MİA.AZ