"Bakıda xüsusi mühafizə olunan 1 000 hektardan çox ərazi var ki, orada hündürlüyü beş mərtəbədən artıq binaların tikilməsinə icazə verilməyəcək".
Mia.az xəbər verir ki, bu məlumatı jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, həmin ərazilərdə tarixi abidələrin sıxlığı səbəbindən tikintiyə məhdudiyyət qoyulub: "Xüsusilə şəhərin mərkəzində də tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq".