İraqın şimalındakı Türkiyə ordusunun nəzarət elədiyi Pəncə-Kilid əməliyyat bölgəsinə "sızmağa" can atan terrorçular 5 türk əsgərini şəhid edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Milli Müdafiə Nazirliyi sosial media hesabında yayıb.
Bildirilib ki, 12 yanvar 2024-cü il tarixdə Pəncə-Kilid əməliyyat bölgəsində Türkiyə hərbi bazasının ərazisinə soxulmağa cəhd edən terrorçularla çıxan atışmada 5 hərbçi şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi isə yaralanıb: "Yaralılarımız operativ şəkildə xəstəxanaya göndərilib və müalicələri davam edir. Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralılarımıza şəfalar diləyirik".
Məlumata görə, hadisə zamanı 12 terrorçu zərərsizləşdirilib: "Hazırda bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir".
Lamiyə Əhmədli
MİA.AZ