Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb(Report).
Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.
O, 2006-cı ildən Müdafiə Sənayesi nazirinin müavini vəzifəsi işləyirdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin noyabrın 18-də imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.