Dünən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) 97-ci ildönümü tədbirlərinə qatılan prezident Ərdoğan oradan çəkilən fotoları paylaşdığı sosial media hesabından silib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb iştirakçılar arasında yüksək çinli MİT-çilərin ola biləcəyi ehtimalıdır.
Məlumata görə, Ərdoğanın sosial media səhifəsidə paylaşılan fotolar paylaşımdan qısa zaman sonra qaldırılıb.
Xəbərdə o da deyilir ki, xşar paylaşım edən ədliyyə naziri Yılmaz Tunç da az sonra həmin şəkilləri silib.
Tahir Şəlvəli
MİA.AZ