Xəbər verildiyi kimi, gələn il fevral ayının 7-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcək.

Mia.az xəbər verir k, Toplum TV-nin efirində Müsavat Partiyasının başqanı Arif Hacılı seçki ilə bağlı fikrini açıqlayıb.

O, seçkidə iştirak edib-etməyəcəkləri barədə suala cavabda bildirib ki, məsələ bu gün partiyanın rəhbər heyəti ilə müzakirə olunacaq: "Bu məsələ mənim deyil, partiya rəhbərliyinin kollegial qərarı ilə həll olunur...".

Arif Hacılı seçkidə onun, yoxsa İsa Qəmbərin namizəd olacağı barədə suala da konkret cavab verməyib.

Samir Musayev

MİA.AZ