"Növbəti növbədənkənar prezident seçkiləri elan olunan kimi REAL-da daxili müzakirələr başlandı, arqumentlərin və tezislərin “savaşını” gördük, bu çox gözəldir, demokratik idarəetmə ənənələri yaratmaq üçün vacib ortamdır. Dünən saatlarla müzakirələrdən sonra səsvermə oldu – 8 nəfərlik Siyasi Komitə üzvlərinin səsləri 3 nəfər iştirakın lehinə, 3 nəfər əlehinə, 2 nəfər isə qərarsız kimi bölündü".
Mia.az-ın məlumçatına görə, bu sözləri REAL Partiyasının funksioneri Natiq Cəfərli sosialmedia hesabında yazıb.
Onun sözlərinə görə, iclasda daha bir neçə gün “beyin fırtınasını” davam etdirməyə qərar veriblər: "Siyasi Komitənin bütün üzvləri bir məsələdə tam konsensusa gəldi – REAL üçün prioritet Parlament seçkiləridir və bizim prezident seçkilərində iştirak edib-etməməyimiz məhz bu əsas məqsədə uyğunlaşdırılmalıdır. Aydındır ki, indiki şəraitdə İlham Əliyevi prezident seçkilərində udmaq həddən artıq çətin görünür",
Samir Musayev
Mia.az