Bu gün CHP sədri Özgür Özəl CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu ziyarət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ay əvvəl CHP sədri postunun təhvil-təslimdən sonra ilk görüş 1 saat çəkib.
Məlumata görə, görüş Kamal Kılıçdaroğlunu Ankaradakı ofisində baş tutub.
1 saat davam edən görüşdən sonra açıqlama verilməyib.
Türkiyə məıtbuatı yazır ki, görüşdə 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub.
Məlumata görə, CHP-də bələdiyyə sədr və məclis üzvlüyünə 16 min namizəd iddiasını irəli sürüb. Onların adları da yaxın günlərdə açıqlanacaq.
Firudin Səfərli
MİA.AZ