"İsrail ordusu HƏMAS-ı məhv etmək məqsədinə doğru qətiyyətlə irəliləyir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağında gedən son şiddətli döyüşlərlə bağlı sualları cavablandırarkən deyib.
Gallant blokadada olan Qəzza zolağında həyata keçirilən hava və quru əməliyyatları barədə suala cavabda itkilər verdiklərini gizlətməyib: "Ağır itkilər və bədəllər veririk. Ancaq həlak olan əsgərlər naminə, qalanlar üçün, İsrail xalqı və dövləti naminə düşmənə hücum etməliyik. Başqa yolumuz yoxdur. Biz HƏMAS-ı yoxetmə məqsədimizə doğru qətiyyətimizi davam etdirəcəyik".
Nazir bildirib ki, Qəzza bir daha əvvəlki kimi olmayacaq: "Biz burada terrorizmin mövcudluğuna son verəcəyik. Qəzzada təhlüksəiz həyhat yaratmaq İsrailin xeyrinədir".
Lamiyə Əhmədli
MİA.AZ