Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.
MİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Dəyişikliyə əsasən, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyündən çıxarılıb.
Xatırladaq ki, ədliyyə naziri Fikrət Məmmədov bir neçə ay əvvələ qədər MHŞ-nin sədri idi. Lakin İnam Kərimov Ali Məhkəmənin sədr təyinatından az sonra onu bu vəzifədə əvəzləyib. Paralel olaraq MHŞ yenidən formalaşdırılıb.
MİA.AZ