"Biz Qəzzada uşaq ölümlərinin sayının artmasından narahatıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Cenevrədəki ofisdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qəzzada baş verən humanitar böhrandan ən çox uşaqlar təsirlənib: "Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır. Okryabrın 7-dən bu günə qədər 940 uşaq isə itkin düşüb, onlar dağıntılar altında qalıblar. Açıq deyək ki, Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilir".
Elder UNICEF-in dərhal atəşkəs və humanitar yardımlar üçün qarşı tərəflərlə dəfələrlə çağış etdiyini də sözlərinə əlavə edib.
Samir Musayev
Mia.az