"Bizim İsrail və Qəzzaya qoşun göndərmək planımız və ya niyyətimiz yoxdur".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail və Qəzzaya qoşun göndərib-göndərməyəcəkləri barədə siuala cavabda deyib.
"CBS News"a danışan Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu təkrarlayıb: "Həmas və Fələstin ayrı-ayrı şeylərdir. Onları eyni hesab etmək olmaz. Fələstinlilər israillilərlə eyni təhlükəsiz və ləyaqətə həyata layiqdirlər".
İsrail-Fələstin münaqişəsində müharibə qaydalarına əməl olunmasının vaxbliyinə də toxunan Harris bildirib ki, Fələstinə humanitar yardım artırılmalıdır.
Vtse-prezident daha sonra İrana mesaj verərək, rəsmi Tehranı İsrail-Həmas savaşına qarışmamağa çağırıb.
Lamiyə
MİA.AZ