Türkiyə müdafiə sənayesi Cümhuriyyətin 100-cü ildönümündə gələcəyin döyüş meydanında oyun dəyişdirəcək Bayraktar TB3 və Bayraktar Kızılelmanı hazırlayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar Cümhuriyyətin 100-cü ildönümü üçün hazırladıqları ən böyük sürprizin Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "KIZILELMA"nın artıq ordunun sərəncamına verildiyini bəyan edib: 

""Kızılelma" ilk gündən yüksək hədəfə və ideala doğru addımlayan ən böyük hədəfimiz oldu. Cümhuriyyətin 100-cü ildönümündə uçacağımızı dedik. 2023-cü ilə 1 ay qalmış sürpriz etdik və ilk uçuşunu etdik. Daha sonra "Kızılelma"nın inkişaf və sınaq fəaliyyətlərini davam etdirildi. Dünya aviasiya tarixinə iz buraxacaq uğurlu uçuşlar etdik".

5-ci nəsil döyüş təyyarələrinin artıq istehsal olunacaq son insanlı döyüş təyyarələri olaraq görüldüyünü vurğulayan Bayraktar bildirib ki, Türkiyə bu sahədə yaxın gələcəkdə daha böyük uğurlara imza atacaq.

Zülfiyyə

MİA.AZ