İsrail ordusu Livandan atılan "hava-yer" raketini vurub
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Daniel Hagari açıqlayıb.
Onun sözlərinə görə, Livan ərazisindən İsrailin pilotsuz uçuş aparatına tuşlanan yer-hava raketi hava hücumundan müdafiə sistemi vasitəsi ilə havada zərərsizləşdirilib.
Həcəri bildirib ki, bundan sonra Hərbi Hava Qüvvələrinə aid bir təyyarə raketin atıldığı nöqtəyə cavab zərbələri endirib: "7 oktyabrdan bəri ilk dəfə Livandan yer-hava raketi atılıb".
Livan hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Tahir
MİA.AZ