Prezident İlham Əliyev bu gün iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və təbii sərvətlər anzirknin sabiq müavini Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xatırladaq ki, Alı Qocayev keçmiş spiker Oqtay Əsədovun qudasıdır.

MİA.AZ