Səudiyyə Ərəbistanı Livanın paytaxtı Beyrut səfirliyindən bütün diplomatları və onların ailələrini hava qüvvələrinə məxsus təyyarə ilə çıxarıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mətbuatı yazıb.
Livan mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə bu axşam Beyrut hava limanına eniş edib: "Həmin təyyarə ilə Səudiyyənin Beyrut səfirliyində olan bütün diplomatları, işçiləri və onların ailə üzvləri ölkədən çıxarılıb".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı oktyabrın 18-də İsraillə cənub sərhədində gərginliyin yaşandığı Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Livan mətbuatına istinadla dünya mediası yazır ki, Səudiyyə Ərəbistanını bu qərarı İsraillə Livan arasında savaşın qapıdas olması əlamətidir.
Onu da qeyd edək ki, İsrail dəfələrlə Livana xəbərdarlıq edərək ölkəsində mövcud olan "Hizbullah"ı dayanrımağa çağırıb. Dünən isə Makronla görüşdə İsrail prezidenti Hersoq İran və Livanı Hizbullahı qapbağa verməklə "odla oynamaq"da ittiham edib: "Hizbullah" bizi müharibəyə sürükləsə, bunun əvəzini Livan ödəyəcək. Çünki onlar Livan pasportu daşıyır, buna görə də onlar məsuliyyət daşımalıdırlar".
Samir Musayev
MİA.AZ