"Biz Qəzzada atəşkəsə qarşıyıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, İsrail və Fələstin arasında atəşkəs ideyasını dəstəkləmədiklərini, çünki HƏMAS-ın bu atəşkəsdən istifadə edə və İsrailə hücumlarını davam etdirə biləcəyini söyləyib: "Bu səbəbdən ABŞ Qəzzada atəşkəs çağırışlarını rədd edir. Bəli, istənilən səviyyəli atəşkəs HƏMAS-a dincəlmək, yenidən İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək”.
Lamiyə Əhmədli
MİA.AZ