HƏMAS oktyabrın 7-də girov götürdüyü İsrail və ya digər ölkə vətəndaşlarından daha 50-ni azad etməyə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2 ABŞ vətəndaşının girovluqdan azad olunmasından sonra daha 50-nin tezliklə azad olunacağını Qəzzadakı Beynəlxalq Qırmızı Xaç Komitəsi də təsdiqləyib.
Məlumata görə, girovların azad olunma prosesi Qətər dövlətinin birbaşa vasitəçilyi ilə həyata keçirilir: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri daha 50 girovu qəbul etmək üçün Qəzzaya doğru yola çıxıb. Böyük ehtimalla yaxın vaxtlarda onların azad olunma xəbəri rəsmən yayılacaq".
Tahir Şəlvəli
MİA.AZ