Türkiyədə 3 günlük milli matəm elan edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

O bildirib ki, İsrailin Qəzzaya hücumları ilə əlaqədar həlak olanlara görə ölkədə 3 günlük milli matəm elan olunub: "Türkiyə olaraq fələstinli qardaşlarımızın yaşadığı böyük ağrını qəlbimizdə hiss edirik. Əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidimizə ehtiramımızın tələbi olaraq ölkəmizdə bu gündən 3 günlük milli matəm elan olundu..."

Lamiyə

MİA.AZ