Türkiyə İsrail və HƏMAS arasında gərginliyi azaltmaq və mülki əhalinin tələfatının qarşısını almaq üçün təşəbbüslər göstərməyə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, HƏMAS-ın saxladığı israilli girovların azad olunması üçün konkret addımlar atan prezident Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Həmas rəsmiləri ilə görüşüb.
Türkiyəı mətbuatı yazır ki, məhz bu görüşdə Ərdoğanın istəyi üzrə HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları əsir götürdükləri israilli qadını və iki uşağını sərbəst buraxıblar.
Məlumata görə, “Əl-Cəzirə” kanalı qadın və uşaqlaırnın sərbəst buraxılmasının görüntülərini də yayıb.
Həmin süjetdə də Ərdoğanın rolu xüsusi qabardılıb.
Firudun Səfərli
MİA.AZ