Prezident Ərdoğanın açıqladığı yeni Nazirlər Kabinetində Xarici İşlər Nazirliyinə gətirilən Hakan Fidan yeni açdığı Twitter hesabında ilk paylaşımını edib.

Mia.az xəbər verir ki,  Fidan tvitində "Biz uzun müddətdir qurulmuş milli xarici siyasət baxışımızı daha da inkişaf etdirəcəyik" deyə yazıb.

O, bir daha XİN başçısı təyinatına görə Prezident Ərdoğana təşəkkür edərək, əvvəlki vəzifəsini- MİT postunu Milli Kəşfiyyat Təşkilatının yeni rəisi  İbrahim Kalına təhvil verdiyini açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ