"Bu gün ölkədə su təchizatı, eləcə də əhalinin sosial müdafiəsi ilə bağlı çətinliklər var. Onların aradan qaldırılması üçün büdcənin imkanlarından istifadə etmək lazımdır".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında deyib.

Onun sözlərinə görə. ölkədə mövcud olan olimpiya idman kompleksləridərhal özəlləşdirilməsi lazımdır: "Bunlara ayrılan əlavə vəsaitlər sosial müdafiə sahəsinə pul ayrılsın".

Deputat daha sonra dərmanların bahalı olmasından şikayətlənib: "İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur".

Zülfiyyə

MİA.AZ