1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İmişli rayon Muradxanlı kənd Sahib Qarayev adına ümumi orta məktəbin təşəbbüsü ilə kənd kitabxanasının bağında "Kəndin həyatında uşaq sevinci!" adlı bayram tədbiri təşkil olunub.

Mia.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş edib, onların sevincini bölüşmək, saf və yaddaqalan duyğular yaratmaq idi.

Nağıllar, oyunlar, kitablarla tanışlıq və bədii çıxışlarla zəngin tədbir kəndin balaca sakinləri üçün unudulmaz anlara çevrildi.

Şəhərdən gəlib, kəndə işləyən bir təyinatçı gənc müəllim kimi düşündüm ki, yaşımız neçə olur olsun, içimizdəki uşaq səsi, uşaq sevinci heç vaxt susmamalıdır. O səs qəlbimizin, ruhumuzun ən saf nağılıdır!

SELCAN MƏMMƏDZADƏ,
 İmişli rayon Muradxanlı kənd Sahib Qarayev adına ümumi orta məktəbin sinif müəllimi.