Soydaşımız, Nikolayevdəki Azərbaycan diasporunun rəhbəri, əslən Salyan rayonundan olan Zaur Ağabəyovun oğlu Ramil Ağabəyov Ukraynada yüksək vəzifəyə təyin edilib.

Bu barədə Mia.az-a Ukraynanın Odessa şəhərində yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib.

Onun sözlərinə görə, Ramil Ağabəyov Nikolayev vilayət rayonlarının birinə hərbi-inzibati administrasiyaya sədr və vilayət  hərbi-inzibati administrasiyasının rəhbəri Vitali Kimə müavin təyin olunub.

Samir Musayev

MİA.AZ