Son olaraq "Zeytun ağacı" serialındakı performansı ilə alqış toplayan aktrisa Tuba Büyüküstün 28 may seçkiləri ilə bağlı İnstagram-dakı səhfəsində paylaşım edib.

Mia.az xəbər verir ki, məşhur aktrisa izləyicilərindən kimə səs verəcəyini dəqiq araşdırmağı istəyib: "Heç birimiz bir-birimizdən ayrı deyilik. Heç birimiz daha doğru və ya daha çox haqsız deyilik. Biz bir və bütövük. Bir-birimizdən ayrılıb üz-üzə gəlmək əvəzinə,  bütov olsaydıq... Bunu istəmirikmi?". 

Aktrisa daha sonra belə yazıb: "Komanda tərəfdarı kimi yox, şüurlu şəkildə səs verin! Araşdırın, gözlərinizi və qulaqlarınızı bağlamayın. Nəyə hə dediyinizi bilin. Qərarsızmısınız? Gələcəyinizi təsəvvür edin. Uşaqlarınızın gələcəyi, nəvələrinizin gələcəyini.. Qəlbinizdə bir cavab görünəcək".

Ləman

MİA.AZ