Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.

Mia.az nazirliyə istinadla xəbər verir ki, görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Nazir bildirib ki, bu şəxslərin hər biri mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər.

Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda birgə foto çəkdirilib.