Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, bugün saat 16.00 radələrində başlayan iclasda yenə 100-dən çox müraciətə baxılıb.

Bununla da yanvar ayından ta bu iclasa qədər 500-dən çox məhbusun müraciəti  üzrə rəy verilib.

Məlumata görə, növbəti iclas fevralın 14-də olacaq.

 Samir,

Mia.az