Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil sektorunda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə qalibi olan "İmişli rayon və kənd müəllimləri üçün STEAM təlimləri" adlı layihənin açılış tədbiri keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə İmişli rayon Təhsil sektorunun müdiri Vahid Tağıyev, təhsil sektorunun əməkdaşları, məktəb direktorları, layihə üzrə təlimçi və layihə iştirakçıları iştirak ediblər.

İmişli rayon Təhsil sektorunun müdiri Vahid Tağıyev tədbir zamanı qrant müsabiqələrdə müəllimlərin iştirakının vacibliyini, müəllimlərin inkişafında onun rolundan söz açıb, eyni zamanda, növbəti qrant müsabiqələrdə iştirak üçün motivasiya verib.

Daha sonra layihənin təqdimatı izlənilib. Layihə rəhbəri və təlimçi Təranə Nuriyeva layihə haqqında daha ətraflı məlumat verib.

Sonra təcrübəli məktəb direktorları - Səxavət Tağıyev, Əli Nəcəfov və Əlidursun İsayev layihələrdə hər zaman gənclərə dəstək olduqlarını bildiriblər.

VI Qrant müsabiqəsinin qalibi, istedadlı pedaqoq Sabina Asadova tədbir iştirakçılarına təşəkkür edib.