Ötən həftə elə bu sütunda dərc olunan "Utandınmı, prokuror?" başlıqlı yazım birmənalı qarşılanmadı. Bəzi dostlar dedilər ki, dəmir barmaqlıqlar arxasın-da olan adamın fəaliyyətini təftiş etmək doğru deyil. Sən demə, biz azərbaycanlı olduğumuz üçün məhbəsə düşən adamların hətta pis əməlləri-nə də haqq qazandırmalıyıq...

Aydın məsələdir ki, burda söhbət "Utandınmı, prokuror?" yazısının "qəhrəmanı" olan tanınmış teleaparıcı İlham Mirzəyevin əməlinə hüquqi qiymət ver-məkdən getmir. İlham Mirzəyev istintaq altında olduğu üçün onun əməlinə məhkəmə qiymət verəcək.

Bəs, bəndənizi bu mövzuya ikinci dəfə qayıtmağa vadar edən nədir? Dağətəyi rayonların birində yaşayan tanışım iddia edir ki, İlham Mirzəyev bizim ge-ridəqalmışlığımız, cahilliyimiz üzündən həbs olunub.

Səbəbini isə belə izah edir: "Bizim kənddə oğlu sonsuz olan, qızı ərə getməyən, qonşusu ilə dalaşan adamların hamısı İlham Mirzəyevdən kömək umur-du. On il əvvəl insanlar cəmi 1 "məmməd" verib, İlhamın qəbuluna düşürdülər. Beş il əvvəl eşitdim ki, o, yanına gələn adamları 100 manata qə-bul edir. Bir il əvvəl isə dedilər ki, cibində ən azı 1000 manatı olmayan adam İlhamın həndəvərinə gələ bilməz. Vaxtiylə 1 "məmməd" qiymə-ti olan bu kasıb adamı bizim kimi cahil insanlar 1000 manatlıq baxıcıya çevirdilər".

Yalnız indi xatırlayıram ki, İlham Mirzəyevlə görüşmək istəyənlər bir-iki dəfə mənə də müraciət ediblər. Bu adamı tanımadığımı, onunla yaxından-uzaq-dan heç bir əlaqəmin olmadığını desəm də, heç kim mənə inanmamışdı. Hətta bir nəfər belə demişdi: "Qardaş, narahat olma, nə qədər istəsə, verə-cəm. Sənin hörmətini isə ayrıca edəcəm".

O vaxt həmin adamı İlham Mirzəyevlə görüşmək arzusundan çətinliklə daşındıra bilmişdim...

Mən, İlham Mirzəyevi vətəndaşların etibarından sui-istifadə etdiyi üçün qınayıram. Gərək o, kömək üçün yanına gələn zavallı insanları aldatmayay-dı. İyirmi birinci əsrdə qarımış qızların "bəxtini açmaq üçün" onların valideynlərindən pul almaq dələduzluqdur, ziyalıya yaraşan hərəkət deyil. İnsanla-rı avam yerinə qoymağın cəzası məhz həbsxana olmalıdır.

Son vaxtlar efirə tez-tez çıxdığım üçün insanlar məni az-çox tanıyır, küçədə-bazarda yaxınlaşıb, salam verirlər. Hətta qayğılarını bölüşən, üzləşdiyi prob-lemlərdən danışanlar da olur. Üç ay əvvəl Fəvvarələr Meydanında orta yaşlı bir kişi qabağımı kəsib, belə demişdi: "Müəllim, oğlum hərbi xidmətdən ye-ni qayıdıb. Onu Fövqəladə Hallar Ќazirliyində işə düzəltmək istəyirəm. Siz nazirlikdə bir nəfərlə danışın, nə qədər istəsələr, pul verəcəm".

Dostlar, indi nə deyirsiniz? Mən, o zavallı kişinin pulunu alıb, aradan çıxmalıydım? İnsan həmişə tamahının qurbanı olur. Əgər nə vaxtsa tamah məni al-datsa və belə dələduzluğa qol qoyub həbsxanaya düşsəm, lütfən, mənim halıma acımayın. Özü yıxılan ağlamaz...