Şabran rayonunun Aygünlü kəndi ərazisində mikroavtobus aşıb.

Mia.az xəbər verir ki, nəticədə bir nəfər ölüb, 17 nəfər isə yaralanıb.

TƏBİB-in məlumatına görə, yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir".