Tovuz rayonunda qonşusunu güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a bildirib ki, sentyabr ayının 19-u axşam saatlarında Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə.Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Ə.Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Tovuz rayon sakini Ədalət Verdiyi qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.

Məlmata görə, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub. Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb. Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirililir.

Faktla bağlı araşdırma aparılır/Report.