"Ukrayna NATO-dan daha çox hərbi yardım istəyəcək".
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"dəki paylaşımında bildirib.
O qeyd edib ki, müharibəni bitirmək üçün onlara ağır silahlar lazımdır: "Bizə 155 mm çaplı 1000 haubitsa; 300 MLRS; 500 tank; 2000 zirehli maşın; 1000 dron lazımdır. İyunun 15-də Brüsseldə Müdafiə Nazirlərinin Təmas Qrupunun iclası keçiriləcək. Biz qərar gözləyirik".