"Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır".
TƏBİB-dən Mia.az-a verilən məlumata görə, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Qeyd olunub ki, vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib: "Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub. Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək belə bir addım atıb. Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir".
***
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşüb.
Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov feysbukda yazıb.
Onun sözlərinə görə, qəza nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib: “İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir”.
***
Mia.az xəbər verir ki, hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli və Əmircan qəsəbə sakinləri) aşağıdakı şagirdlərdir:
1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;
2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;
2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;
1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;
1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;
1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;
2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;
2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu.
Faktla bağlı araşdırma aparılır.