"Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşdə deyib.

O bildirib ki, hələlik Türkiyə buğda problemi yaşamır: "Hazırda anbarlarımızda 5 milyon ton buğda var, Biz bu rəqəmi artıracaıq".

Ərdoğan daha sonra Ukrayna savaşından, Yunanıstanla yaranan gərginlikdən söz açıb.

Bildirib ki, Qərb qəsdən Yunanıstanı Türkiyəyə qarşı qızışdırır: "Biz Qərb ölkələrinə etibar edə bilmirik. Baxın, Yunanıstanda ABŞ hərbi bazalarının sayı artırılıb. Bunun səbəbini soruşanda, deyirlər ki, bu bazalar Rusiyaya qarşıdır. Ancaq deyəndə ki, Ukraynada bunu niyə etmədiniz? Ona görə. onların yalanlarına inanmaq mümkün deyil".