“Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır”.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı paylaşım edib.
Bildirilib ki, Slavyansk istiqamətində düşmən əsas səylərini hərbi birləşmələrini Slavyanska qarşı hücuma hazırlığa cəmləşdirir: "Onlar Paseka-Boqorodiçnoe istiqamətində hücum əməliyyatları aparır. Üstəlik, Boqorodiçnoenin şimal-qərb hissəsində möhkəmlənməyə çalışır. Liman istiqamətində isə qoşunları yenidən qruplaşdırır, döyüş sursatı və yanacaq ehtiyatlarını artırır”.