Koronavirusa yeni yoluxma hallarının aşkarlanması səbəbindən Çində məhdudiyyətlərin tətbiqi fonunda qızılın qiyməti düşüb.
Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,39%, yaxud 7,3 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 845,4 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,84% düşərək 1 unsiyası 21,633 ABŞ dolları təşkil edib.
ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 3,042%-dən 3,055% səviyyəsinə çatması da qızılın qiyməti üzərində təzyiq yaradır./Report