Avropa Məhkəməsi Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı oğlu Tural Hacıbəylinin işi ilə bağlı qərar verib

Mia.az xəbər verir ki, bu barədə onun vəkili Əsabəli Mustafayev aşıqlama verib.

O bildirib ki, T.Hacıbəylinin ərizəsi Avropa Məhkəməsinə 2012-ci ildə göndərilib, 2018-ci ildə kommunikasiya yekunlaşıb: “Ərizədə Tural Hacıbəylinin inzibati həbsinin qanunsuzluğundan və polis bölməsində pis rəftara məruz qalmasından şikayət olunmuşdur. Avropa Məhkəməsinin qərarı ilə Hacıbəyliyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq hüququ) və 6.1 və 6.3-cı (ədalətli araşdırma hüququ) maddələrinin pozuntusu tanınıbdır. Mənəvi zərərə görə Tural Hacıbəyliyə 4000 avro, hüquqi xidmətə görə 500 avro kompensasiya təyin olunub”.