"Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq, dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın haqlı mübarizələrində onların yanındadır".
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin edərək, başda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və xaricində mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.
Akar bildirib ki, Yunanıstan təxribat xarakterli hərəkətləri və ritorikası ilə ekspansionist və aqressiv siyasətini davam etdirir: "Türkiyə Yunanıstanın sürətlə silahlandırılmasına baxmayaraq problemlərin sülh yolu ilə həlli üçün dialoq aparır və sülh əlini uzadır. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Eyni zamanda, Yunanıstanın etdiyi hər cür ədalətsiz və qanunsuz hərəkətlərə və söylənənlərə cavab veririk. Bu münasibətlə bir vacib məqamı xatırlatmaq istəyirəm. NATO təhlükəsizlik təşkilatıdır və onun ən böyük mübarizə sahələrindən biri də terrorizmdir. Terrorla mübarizədə həmrəylik müttəfiqliyin əsas şərtidir. Türkiyə birdən çox terror təşkilatına qarşı eyni anda mübarizə aparan yeganə NATO ölkəsidir və terrorla Avropa arasında son səddir. Türkiyənin təhlükəsizliyi, NATO da daxil olmaqla bütün Avropanın təhlükəsizliyidir. Bu məqam heç vaxt diqqətdən kənarda qalmamalıdır”.
Mia.az